Rüstəmin “bürünc” şansı, Hidayət uduzdu

Sportarena.az      13 Dekabr 2018, 11:04

Çinin Tsindao şəhərində keçirilən cüdo üzrə “Masters” turniri davam edir.

 

Sportarena.az xəbər verir ki, ikinci gündə Azərbaycan yığmasının daha iki cüdoçusu yarışa qoşulub.Kişilərdən ibarət yığmamızın lideri Rüstəm Orucov ilk görüşündə özbəkistanlı Xikmatillox Turayevə qalib gəlib. Amma o növbəti görüşdə israilli Tohar Butbula uduzub. Lakin Orucovun bürünc şansı davam edir. İdmançımız təsəlliverici görüşdü. Kanadalı Artur Marqelidonla üz-üzə gələcək. Cütün qalibi bürünc medal uğrunda Akil Cakova (Kosovo) ilə üz-üzə gələcək.

 

Rüstəmlə eyni çəkidə mübarizə aparan Hidayət Heydərov da ilk görüşün qalibiyyətlə başa vurub. O, 1/16 finalda çinli Daqa Qinqdən üstün olub. Amma növbəti mərhələdə Heydərov yaponiyalı Masaşi Ebinumaya qalib gəlib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin