Qara Qarayev: "Həyatımın ən çətin 45 dəqiqəsi idi"

Sportarena.az      13 Dekabr 2019 , 11:15

Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda Lüksemburqun "Düdelanj" klubu ilə heç-heçə edən (1:0) "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev matçdan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı futbolçu əvvəlcə görüş barədə fikirlərini bildirib:

 

- Sonuncu oyunumuz idi. Qalib gəlmək istəyirdik. Amma alınmadı. Düşünürəm ki, Avropa Liqasındaki qrupumuz bizim üçün heç də pis olmadı. Nəticə baxımından itkilərimiz oldu, lakin oyun, yaratdığımız şanslar baxımından daha çox şey edə bildik. Bununla belə sonda nəticə qazana bilmədik. Məncə, adımıza layiq mübarizə apardıq. Sadəcə, bəzi epizodlarda şanssızlığımız oldu deyə, növbəti mərhələyə çıxa bilmədik.

 

- Qrupdan çıxmaq şanslarınız olsaydı, "Qarabağ" "Düdelanj"la belə oynayardı?
- Məncə, qrupdan çıxmaq şansımız olsaydı, bu qədər azarkeş olmayacaqdı. Bu hal onlarla yanaşı bizdə də fərqli ab-hava yaradacaqdı. Yenə də bir komanda olaraq o əhval-ruhiyyəni qoruyub, saxlamağa çalışdıq. Yəni bizim üçün son görüş olmasına baxmayaraq heç də əhəmiyyətsiz oyun deyildi.

 

- Amma görünürdü ki, belə deyil...
- Bilirsiz, son zamanlar ardıcıl yüklənmişik, komandada biraz yorğunluq var idi. Xüsusilə də APOEL ilə oyundan sonra psixoloji cəhətdən bizim üstümüzə gəldilər. Qalibiyyət gözlənildiyi halda, o oyunda heç nə edə bilmədik deyə, təzyiq edənlər var idi. Mənim fikrimcə, bunlar da  bizi çox yormuşdu. Lakin, yenə də qalib gəlmək üçün əlimizdən gələni etdik.

 

- Xeyli sayda top itkilərini və  qırmızı vərəqə almağını nə ilə əlaqələndirərsən?
- Fikrimcə, 10 nəfərlə qaldıqdan sonra top itkisi normal haldı. Çünki komanda azlıqda oynayır.  İkinci hissəyə paltardəyişmə otağının pəncərəsindən baxmışam. Hətta deyərdim ki, mənim üçün həyatımın ən çətin 45 dəqiqəsi idi. Yekunda isə bütün komanda yoldaşlarım mənə dəstək oldular. Komandamı azlıqda qoymaq istəmirdim. Amma düşünürəm ki, çətinlikdə qalsalar da, 2-ci hissədə daha aqressiv mübarizə apardılar. Meydanda daha 1 nəfər olsaydı, fərqli çıxış edib, qələbə qazana bilərdik. Amma buna nail ola bilmədik.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin