"Zirə"nin "Səbail"lə 2-ci kubok dueli

Sportarena.az      13 Dekabr 2018, 15:10

Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək.

 

Sportarena.az xəbər verir ki, “Zirə” yarımfinala vəsiqə uğrunda mübarizədə “Səbail”lə üz-üzə gələcək. “Qartallar” dekabrın 15-də baş tutacaq ilk görüşü səfərdə keçirəcək. Bu, "qartallar"ın 2019-cu ildəki son səfər matçı olacaq. Dörd gün sonra isə ilin son oyununda qüvvəsini sınayacaq “Zirə” “Səbail”i qəbul edəcək.

 

Komandalar ölkə kuboku tarixində ikinci duelə çıxacaqlar. İki oyundan ibarət olan ilk belə mübarizə ötən mövsüm yaşanıb. Bir il əvvəl də “Zirə” və “Səbail” 1/4 finalda rəqib olub.


Qəsəbə klubu evdə keçirdiyi ilk oyunda 1:0 hesabı ilə qələbə qazanıb. İlkin Muradovun qol vurduğu görüşdə “Zirə”nin məğlubiyyətsizlik seriyası başlayıb. “Səbail”lə cavab matçında da 3:2 hesabı ilə qalib gələn “Qartallar” artıq 5 kubok oyunudur məğlub olmur. Bu müddətdə 3 qələbə qazanan komanda 2 heç-heçə edib.


Bu rəqiblə hər iki kubok matçında qalib gələn “Zirə” top fərqində 4-2 hesabı ilə öndədir. Bu qarşılaşmaların bombardiri iki qol vuran Adil Nağıyevdir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin