"Qarabağ" Azərbaycanın reytinqini artırdı

13:13 13 Dekabr 2019

Avropa Liqasının qrup mərhələsinin VI turunda "Düdelanj”la qarşılaşan "Qarabağ” Azərbaycanın UEFA reytinqini artırıb. 

 

Sportarena.az xəbər verir ki 1:1 hesablı heç-heçə sayəsində ölkəmiz 0,250 xal əldə edib.Komandamız qələbə qazansaydı, Azərbaycan reytinqdə bir pillə irəliləyəcəkdi. Ölkəmiz cari mövsümü 3,375 əmsalla tamamlayıb.

 

Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 18,750-di. Hazırda Avropada 26-cı sırada qərarlaşan Azərbaycandan aşağıda olan ölkələrdən yalnız Bolqarıstan və Rumıniyanın 1 klubu mübarizəni davam etdirir.



Digər xəbərlər

Xəbər xətti