"Sabah"ın uşaq komandası "Levante" ilə qarşılaşdı

14:25 13 Dekabr 2019

“Sabah”ın U-14 komandası Gürcüstanın paytaxtı Tiflisdə keçirilən “Audi Cup” turnirində iştirak edir.



Sportarena.az klubun saytına istinadən xəbər verir ki, komanda turnir çərçivəsində ilk oyununu İspaniya təmsilçisi “Levante”yə qarşı keçirib.Görüş rəqibin 3:1 hesablı qələbəsilə nəticələnib. "Sabah"ın yeganə qoluna matçın son dəqiqəsində penaltidən Anar Cəbiyev imza atıb.

 

“Sabah” növbəti oyununu bu gün yerli “Saburtalo”ya qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti