Rüstəm Orucov bürünc medal qazandı

Sportarena.az      13 Dekabr 2018, 17:50

 Çin Xalq Respublikasının Qingdao şəhərində keçirilən cüdo üzrə nüfuzlu "Masters" yarışı davam edir.

 

Sportarena.az xəbər verir ki, beynəlxalq turnirin ikinci günü Azərbaycan millisi üçün uğurlu olub. 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov Özbəkistan idmançısı Hikmətilloh Turayevə qalib gəldikdən sonra İsrail cüdoçusu Tohar Butbula uduzub. Təsəlliverici qarşılaşmada kanadalı Artur Margelidonu məğlub edən Azərbaycan cüdoçusu 3-cü yer uğrunda görüşdə Kosovo təmsilçisi Akil Qjakovaya qalib gələrək bürünc medal qazanıb. 

 

Qeyd edək ki, mötəbər yarışda 67 ölkədən 445 cüdoçu mübarizə aparır. Azərbaycanı beynəlxalq turnirdə 11 cüdoqi ustası (8 oğlan, 3 qız) təmsil edir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin