“Qarabağ” “Keşlə”yə qalib gəldi, “Neftçi” “Sumqayıt”a uduzdu - YENİLƏNİB

22:01 16 Dekabr 2019

Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.Öncə “Neftçi” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. Günün son matçında isə Premyer Liqanın lideri “Qarabağ” çempionluq uğrundakı əsas rəqiblərindən birinə çevrilən “Keşlə” ilə üz-üzə gələcək.

 

Xatırladaq ki, ötən gün “Qəbələ” doğma meydanda “Sabah”a 3:0 hesabıyla qalib gəlib, “Səbail” – “Zirə” matçında isə qapılara qol vurulmayıb.

 

Azərbaycan kuboku
1/4 final
16 dekabr

“Neftçi” – “Sumqayıt”  0-1

Qollar: R.Sadıxov, 48
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bakcell Arena”, 18:00

 

“Qarabağ” – “Keşlə”  1-0 
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00


Xəbər xətti