“El Klasiko”dan öncə etiraz aksiyası

17:25 17 Dekabr 2019

Dekabrın 18-də oynanılacaq “Barselona” – “Real” oyunundan əvvəl yerli azarkeşlər aksiya keçirməyi planlaşdırırlar.

 

Sportarena.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, 25 min azarkeşin artıq planla razılaşdığı və matçdan əvvəl “Kamp Nou”nun ətrafında etiraz aksiyasına başlayacağı bildirilir. Etirazın İspaniya hökumətinə qarşı olacağı gözlənilir.Qarşılaşma zamanı təhlükəsizlik tədbirləri artırılacaq və 3 min mühafizə əməkdaşı xidmət göstərəcək.

 

Dekabrın 18-də keçiriləcək “Barselona” – “Real” matçı saat 23:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti