AFFA "Qəbələ" və "Sabah"ı cərimələdi

Sportarena.az      18 Dekabr 2019 , 13:40

AFFA İntizam Komitəsi "Qəbələ"nin əsas komandasının futbolçusu Ülvi İsgəndərovu bir oyunluq cəzalandırıb. 

 

Sportarena.az xəbər verir ki, səbəb hücumçunun Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sabah"la görüşdə qırmızı vərəqə almasıdı. Əyalət təmsilçisi 200 manat cərimə ödəməli olacaq. 

 

Qurum "Sabah"ı isə 800 manat məbləğində cərimələyib. Komandanın 4 futbolçusu "Qəbələ" ilə görüşdə sarı vərəqə ilə cəzalandırılıb. 

 

Qeyd edək ki, qarşılaşma "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı dekabrın 19-da saat 18:00-da "Bank Respublika Arena”da olacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin