1112 gün sonra əlavə vaxt

Sportarena.az      20 Dekabr 2018, 11:01

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” və “Səbail” arasında cavab oyununda əlavə vaxta ehtiyac olub.

 

Sportarena.az xəbər verir ki, hər iki qarşılaşmanın 90 dəqiqəsi qolsuz başa çatdığından yarımfinalçı əlavə yarımsaatda müəyyənləşib. Maraqlıdır ki, bu, son üç ildə ilk belə hadisədir. 2017/18 və 2018/19 mövsümlərində, cari turnirin əvvəlki mərhələsində belə hal yaşanmayıb.


Əlavə vaxtın oynanıldığı son matç 2016/17 mövsümünün 1/8 finalına təsadüf edib. “Qəbələ” və “Zaqatala” arasında 2:2 hesabı ilə başa çatan görüşün əlavə 30 dəqiqəsi də qalibi müəyyənləşdirmədiyindən hətta penaltilər seriyasına ehtiyac yaranıb. Bu qarşılaşma 2016-cı il dekabrın 2-də keçirilib.


Növbəti belə hadisə 1112 gündən sonra Zirədə qeydə alınıb. Bu üç ildə Azərbaycan kuboku ilə bağlı qəbul olunan yenilik də ilk dəfə tətbiq edilib. 2018/2019 mövsümündən əlavə vaxt olan qarşılaşmalarda əlavə 4-cü əvəzetməyə icazə verilməsi barədə qərar qəbul olunub. Amma “Zirə” – “Səbail” görüşünə qədər yenilikdən istifadə olunması alınmayıb. Çünki əlavə vaxt olmayıb. Adıçəkilən qarşılaşmada “Zirə” üç əvəzetmə ilə kifayətlənib. Qonaqlar isə yenilikdən 118-ci dəqiqədə Vüqar Bəybalayevin Rahid Əmirquliyevi əvəzləməsi zamanı yararlanıb. Bu, ölkə futbolunda əlavə vaxta görə verilən artıq əvəzetmə sayəsində ilk oyunçu dəyişikliyi olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin