UEFA “Qarabağ”ın ötənilki gəlirini açıqladı - 7 milyon

14:50 20 Dekabr 2019

UEFA 2018-2019 mövsümündə Avropa Liqasının qrup mərhələsində çıxış edən klubların gəlirlərini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ötən mövsüm ölkəmizi qrup mərhələsində təmsil edən “Qarabağ”ın da qazancı bəlli olub. “Arsenal”, “Sportinq” və “Vorskla” ilə E qrupunda yer alan Ağdam klubunun ümumi gəliri 4 847 954 (7,558,400 manat) avro təşkil edib.

 

Bunun 2 milyon 275 min avrosu qrup mərhələsində iştiraka görə verilirsə, yerdə qalan hissəsi qrupda qazanılan nəticələr və marketinqlə bağlı gəlirlərdir.

 

Xatırladaq ki, ötən mövsüm qrupda keçirdiyi oyunların 5-də uduzan “Qarabağ”, yalnız səfərdə Ukrayna “Vorskla”sını məğlub etmişdi.


Digər xəbərlər

Xəbər xətti