“Neftçi” qolsuz qaldı

Sportarena.az      22 Dekabr 2019 , 15:45

“Neftçi” Azərbaycan kubokunda antirekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, bakılılar 2019/20 mövsümünü qol vurmadan tərk edib. Yarışa 1/4 finaldan başlayan “ağ-qaralar” evdə 0:1 hesabı ilə uduzduğu “Sumqayıt”a səfərdə də qol vura bilməyib – 0:0.


Bu, 1992-ci ildən keçirilən yarışın daimi iştirakçısının tarixində ilk belə hadisədir. İndiyədək antirekord ötən mövsümün nəticəsi idi. Həmin vaxt bakılılar indiki kimi 2 oyun keçirsələr də, cəmi 1 qol vurmuşdular. Onda da 1/4 finaldan yarışa başlayan “Neftçi”nin rəqibi “Sumqayıt” idi – 0:2, 1:0.

 

Paytaxt təmsilçisinin kubokdakı rekordu 27 qol vurduğu 1994/95 mövsümüdür. Həmin vaxt komanda 9 oyun keçirib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin