Baloğlan Əşrəfov hər kəsi aldadıb "Neftçi"nin oyununa necə gedirmiş? - VİDEO

Sportarena.az      26 Dekabr 2018, 17:29

ARB TV-nin "Ona qalsa” verilişinin növbəti qonağı Baloğlan Əşrəfov olub.

 

Sportarena.az xəbər verir ki, Əməkdar artist maraqlı açıqlama verib:

 

"Yalan olmasın 1 il qabaq toylar danışırdım. "Nefçi"nin oyun təqvimini götürürdüm. Görürdüm ki, hansı günü "Neftçi" oynayır, həmin günə yalandan Bakı yazırdım. Guya Bakıya toy danışmışam. Toya 1-2 gün qalmış musiqçilərə məlumat verirdim ki, toy dayandı. Bir dəfə, iki dəfə, beş dəfə belə dedim. Bunlar hələ də fikirləşirlər ki, bu nə olan şeydi, Bakıya danışdığı toy dayanır. Bir dəfə məni izləyiblər və "Neftçi"nin stadionunda görüblər. Bir gün Lənkardanda toy sahibi toyxanaya uzun kabellə televizor təşkil etdi və televizoru stolun altına qoydular. Yaxşı futbol gedirdi. Mən həm oxuyurdum, həm də stolun altından baxırdım”.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin