Ən yaxşı göstərici “Qarabağ”dadır - PFL açıqladı

Sportarena.az      29 Dekabr 2019 , 12:00

Peşəkar Futbol Liqası 2019-cu ilin yekunu ilə bağlı statistika açıqlayıb.

 

Sportarena.az qurumun saytına istinadən xəbər verir ki, bu il Azərbaycan Premyer Liqasında 112 oyun keçirilib. 2018/19 mövsümünün ikinci və 2019/20 mövsümünün ilk yarısında eyni 8 komanda mübarizə aparıb. Baş tutan 112 qarşılaşmada 279 qol vurulub. Orta məhsuldarlıq 2,49-a bərabər olub.

 

Premyer Liqada 2019-cu ilin ən yaxşısı “Qarabağ”dır. Ağdam klubu keçirdiyi 28 qarşılaşmada hamıdan çox – 20 qələbə qazanıb. İl ərzində yalnız bir dəfə uduzan Qurban Qurbanovun komandası digərlərindən daha çox – 67 xal toplayıb. İkinci göstəriciyə malik “Neftçi” 17 xal az yığıb. 3-cü nəticə isə “Zirə”yə məxsusdur.2019-cu ildə “Qarabağ” ən çox, “Sabah” ən az qol vuran komanda olub. Ağdamlılar həm də ən az top buraxandısa, “Səbail” qapısında daha çox qol görüb.

 

Ümumiyyətlə, il ərzində yalnız iki komanda  - “Qarabağ”la “Neftçi” top fərqində müsbət saldoya malik olub. Digər 6 klubun buraxdığı qol sayı vurduğundan çoxdur.

 

1.  “Qarabağ” – 28 oyun, 67 xal

2. “Neftçi” – 28 oyun, 50 xal

3. “Zirə” – 28 oyun, 38 xal

4. “Keşlə” – 28 oyun, 34 xaı

5. “Qəbələ” – 28 oyun, 32 xal

6. “Sumqayıt” – 28 oyun, 32 xal

7. “Səbail” – 28 oyun, 32 xal

8. “Sabah” – 28 oyun, 23 xal

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin