Dadaş Dadaşlinski nazirliyin mətbuat katibini çətin duruma saldı - VİDEO

Sportarena.az      8 Yanvar 2020 , 13:12

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olub.

 

Sportarena.az xəbər verir ki, Dadaş Dadaşlinski nazirliyin mətbuat katibinə verdiyi suallarla onu çətin duruma salıb. Səmayə Məmmədova "ilin idman televiziya verilişləri kanalı" nominasiyası üzrə yaranan mübahisəyə belə münasibət bildirib:

 

"Mən bilirəm əslində siz nəyi nəzərdə tutursunuz. Onda gərək biz hər il iki kanaldan başqa heç kimə bu nominasiyanı verməyək. Biz bu nominasiyanı İctimai kanala da, CBC Sport kanalına da vermişik. Hər bir çəkilən zəhmətə qiymət verilməlidir. Mən əminəm ki, biz doğru vermişik bu nominasiyanı. 

 

ATV kanalı isə istər mətbuat konfransları, istər idman yarışları olsun, istərsə də idmançıların işıqlandırılması olsun nazirliklə çox sıx işləyibsə, onların mükafatını vermək lazımdır".

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin