Hemiltondan Avstraliyaya 500 minlik yardım

12:51 10 Yanvar 2020

“Formula-1” yarışçısı Lyuis Hemilton Avstraliyadakı meşə yanğınları ilə mübarizəyə 500 min dollar ayırmaq niyyətindədir.

 

Sportarena.az xəbər verir ki, bu barədə o, Tvitter hesabında yazıb.Britaniyalı Avstraliyanın şərq sahilində baş qaldırmış təbiət hadisəsindən çox narahat olduğunu qeyd edib: “Avstraliyada yanğınların törətdiyi dağıntılar və ölkə sakinlərinin, eləcə də flora nümayəndələrinin rastlaşdığı çətinliklər ürəyimi parçalayır”.

 

Yarışçının səlahiyyətli şəxslərə verəcəyi məbləğ heyvanların qorunması layihələrinin maliyyələşməsi, bu sferada çalışan insan və yanğınsöndürənlərə dəstək məqsədi ilə xərclənəcək.



Digər xəbərlər

Xəbər xətti