Moskva "Dinamo"sundan ayrılan Ramil Şeydayev yenidən Azərbaycana qayıda bilər.
Sportarena.az xəbər verir ki, "CBC Sport"a açıqlama verən 23 yaşlı forvard ayrılığının səbəbini izah edib:
""Dinamo"dan ayrılmağımın xüsusi səbəbi yoxdur. Sadəcə ola bilsin, özümü yaxşı tərəfdən göstərə bilmədim. Həmişə hər şey futbolçunun özündən asılıdır, bir az da baş məşqçidən. Mənə verilən fürsətdən istifadə edə bilmədim. Heç kimi günahlandırmaq istəmirəm".
O, karyerasının harada davam etdirəcəyi ilə bağlı isə bunları bildirib: "Krılya Sovetov"la qayıtmağımla bağlı məsələ hələ dəqiq deyil. Azərbaycana dönmək variantı da ola bilər. Amma təzə ayrıldığımdan hələ heç bir klubla danışıq olmayıb".
Qeyd edək ki, Ramil Şeydayev Azərbaycanda "Qarabağ" klubunda çıxış edib.