Abdulbari Gözəl: “Hazırda “Qarabağ” yaxşı futbolçu axtarışındadı"

02:00 12 Yanvar 2020

“Qurban Qurbanovla danışdıq. Baş məşqçimiz bəzi transferlər etməyi planlaşdırır. Biz də ona dəstək oluruq”. 

 

Sportarena.az xəbər verir ki, bunu “Report”a açıqlamasında "Qarabağ"ın prezidenti Abdulbari Gözəl deyib. Onun sözlərinə görə, hazırda klub yaxşı futbolçu axarışındadır: “İndi onların adlarını mən yox, o bilir. Çünki onun sahəsidir. Bilirsiniz, indi hətta “Arsenal" kimi klub futbolçu tapmaqda çətinlik çəkir. Yaxşı futbolçu tapmaq elə də asan deyil. Amma onlar həmin cameədədir və bu məsələyə baxırlar”.

 

"Qarabağ" qış fasiləsində qapıçı Asmir Beqoviç, eləcə də yarımmüdafiəçi Simeon Slavçev və Riçard Almeyda ilə yollarını ayırıb. Əvəzində "Sumqayıt"da icarədə olan qapıçı Nicat Mehbalıyev geri qaytarılıb. 


Digər xəbərlər

Xəbər xətti