“Qarabağ”dan ayrılıb “Milan”a keçdi - FOTO

Sportarena.az      12 Yanvar 2018, 22:21

"Bornmut" qapıçısı Asmir Beqoviçi yenidən icarəyə verib.

 

Sportarena.az xəbər verir ki, bosniyalı qapıçı İtaliyanın "Milan" klubuna keçib. O, "qırmızı-qaralar"la müqavilə imzalamaq üçün Milan şəhərinə gəlib. Tibbi müayinədən sonra onunla mövsümün sonuna qədər saziş bağlanacaq. Beqoviç "Aston Villa"ya transferi gözlənilən Pepe Reynanın əvəzinə alınıb.

 

Qeyd edək ki, 32 yaşlı qolkiper mövsümün ilk yarısını Azərbaycan çempionu "Qarabağ"da keçirib. Təcrübəli qapıçı Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin