Türkiyə millisi Tokio-2020-yə lisenziya qazandı

00:05 13 Yanvar 2020

Türkiyənin qadın voleybolçulardan ibarət milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

 

Sportarena.az xəbər verir ki, Türkiyə millisi bu hüququ Avropa Olimpiya Təsnifat Turnirinin final matçında Almaniyanı 3:0 hesabla məğlub edərək əldə edib.

 

Niderlandın Apeldoorn şəhərində keçirilən turnirin final mübarizəsində “ay-ulduzlular” ilk mərhələdə 25-17, ikinci mərhələdə 22-19, üçüncü mərhələdə isə 25-22 hesabla qələbə qazanıblar.


Digər xəbərlər

Xəbər xətti