"Real" İspaniya superkubokunun sahibi oldu - VİDEO

00:55 13 Yanvar 2020

Səudiyyə Ərəbistanında İspaniya Super kubokunun finalı keçirilib.

 

Sportarena.az xəbər verir ki, həlledici qarşılaşmada Madridin iki təmsilçisi - "Atletiko" və "Real" üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələrdə "Real" qalib gəlib.

 

"Real" 11-ci dəfə bu titulu qazanıb.

 

 

"Real" (Madrid) – "Atletiko" (Madrid) - 0:0 (pen - 4:1)

Ciddə. "Kral Abdullah" stadionu.

 

 


Xəbər xətti