İranın Olimpiadadakı yeganə azərbaycanlı medalçısı ölkədən getdi

Sportarena.az      13 Yanvar 2018, 10:22

Taekvondo üzrə Olimpiya oyunlarının mükafatçısı, əslən azərbaycanlı olan Kimiya Əlizadə İranı tərk edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə o, İnstaqram səhifəsində yazıb. Kimiya “ölkəsində əzilən milyonlarla qadından biri” olduğunu qeyd edərək Avropaya getdiyini bildirib. Onun sözlərinə görə, idman məmurları tərəfindən istismar olunub:

 

“Onlar məni hara istəyirlər göndərdilər. Nəyi dedilər, onu geyindim. Onların hər bir təklifini təkrarladım. Biz onlar üçün alət olmaqdan başqa heç bir məna kəsb etmirdik.İran hökuməti medallarıma görə sevinirdi, ancaq seçdiyim idman növünə görə tənqid edirdi. Mən dünyadan taekvondo, təhlükəsizlik və xoşbəxt həyatdan başqa heç nə istəmirəm. Mən korrupsiya və yalan üzərində qurulmuş pillələri qalxmaq istəmirəm”.

 

İranın “İSNA” agentliyinin məlumatına görə, Kimiya Niderlanda gedib.

 

Qeyd edək ki, Əlizadə 2016-cı ildə Rio-de-Janeyroda keçirilmiş Olimpiya oyunlarında medal qazanmış yeganə İran idmançısı olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin