Merih Demiral Bakıda meydana çıxmayacaq - Türkiyə millisi üçün şok

20:50 13 Yanvar 2020

İtaliya A Seriyasının 20-ci turunun “Roma” ilə ev oyununda zədələnən “Yuventus”un müdafiəçisi Merih Demiralın durumuna aydınlıq gətirib.

 

Sportarena.az xəbər verir ki, rəqib komandanın müdafiəçisi Aleksandr Kolarovla toqquşmadan sonra yerə düşən türkiyəli futbolçu bu gün tibbi müayinədən keçib.Diz bağları qopan oyunçu mövsümü vaxtından əvvəl başa vurmalı olub. Türkiyə millisinin üzvünün Avropa çempionatını buraxacağı dəqiqləşib. Onunla yanaşı, “Lill”in futbolçusu Yusuf Yazıçının da qitə birinciliyini buraxacağı məlumdur.

 

“Ay-ulduzlular” qrup mərhələsinin 2 oyununu Bakıda keçirəcək.


Xəbər xətti