Hakan Şükür ABŞ-da taksi sürür - VİDEO

Sportarena.az      14 Yanvar 2018, 14:47

 “Qalatasaray”ın və Türkiyə millisinin ulduz forvardı Hakan Şükür ABŞ-da taksi sürür.

 

Sportarena.az xəbər verir ki, o, “Uber” taksi şirkətində çalışır.Bu barədə sabiq forvard özü məlumat verib. O bildirib ki, hazırda taksi sürür və kitab satır: “Mənim əmlakım müsadirə olunduqdan sonra ABŞ-da bir çox işlərdə çalışıram. Əvvəlcə kafedə işlədim, daha sonra isə taksidə işə düzəldim. İndi “Uber”də sürücü olmaqla yanaşı kitab da satıram”.

 

Qeyd edək ki, Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu ABŞ-da yaşayan keçmiş futbolçu Hakan Şükür və atası Sermet Şükür haqqında saxlanılma qərarı çıxarıb. Onlara qarşı FETÖ-yə (Fethullahçı Terör Örgütü) maddi dəstək verdikləri iddiası irəli sürülüb.

 

H. Şükürün və ailəsinin Türkiyədə bütün var-dövlətinə girov qoyulub. “Silahlı terror təşkilatına üzv olmaq” itithamı ilə Şükürün 7,5 ildən 15 ilədək həbsi istənilir.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin