Tanınmış futbolçu Yeltsinin nəvəsi ilə evlənmək istəyir

09:29 15 Yanvar 2020

Tanınmış rusiyalı futbolçu, Moskva “Lokomotiv”inin hücumçusu Fyodor Smolov Rusiya Federasiyasının keçmiş Prezidenti Boris Yeltsinin nəvəsi Mariya Yumaşeva ilə evlənmək istəyir.

 

Sportarena.az xəbər verir ki, bu barədə “7days.ru” saytı yazıb.Nəşr bildirir ki, futbolçu 17 yaşlı Yumaşeva ilə artıq bir neçə ildir görüşür. Sevgililər gələn il – qızın həddi-büluğa çatdığında toy etməyi planlaşdırır.

 

Mariyanın qohumları artıq Fyodor Smolovla tanışdır, onların yaxşı münasibətləri yaranıb. Toy mərasiminin Sent-Bart adasında keçirilməsi planlaşdırılır.Onu da qeyd etmək lazımdır ki, futbolçu İnstaqram hesabında Mariya ilə fotolarını paylaşmaqda davam edir, lakin evlilik barədə heç nə yazmır.



Xəbər xətti