Azərbaycan “Formula 1”dən nə qədər gəlir əldə edib?

Sportarena.az      15 Yanvar 2020 , 21:39

Azərbaycan 2016-2019-cu illərdə Bakıda keçirilən “Formula 1” yarışlarından 506,3 mln. dollar gəlir əldə edib.

 

Sportarena.az xəbər verir ki, beynəlxalq audit şirkətin hesabatına əsasən, bu məbləğ qran-prilərlə əlaqədar Bakıya gələn qonaqların xərcləri əsasında yaranmış birbaşa və ya dolayı gəlirləri əhatə edir. Şirkət nümayəndəsi Bəhruz Hüseynzadənin sözlərinə görə, birbaşa təsir dedikdə yarış iştirakçıları və tamaşaçılara birbaşa xidmət göstərən, mal təchis edən sektorda fəaliyyət göstərən şirkətlərin gəlirlərindəki artım nəzərdə tutulur. Bu da 4 ildə 300.6 mln. dollar təşkil edir:

 

“Məsələn, yarışlar əsnasında ölkəyə turistlər gəlir. Onların xərcləmələri də bu birbaşa gəlirlərin komponentidir. Dolayı gəlirlər isə 205.7 mln. dollar təşkil edib. Burada yarışların təşkilatçılığında yer alan təhsisatçı şirkətləri öz məhsul və xidmətləri ilə təmin edən digər əlaqədar biznes qurumlarının əldə etdiyi gəlir nəzərdə tutulur”. 

 

Hesablamamlara əsasən yarışlara ev sahiblik etdikdən sonra ölkədə yeni iş yerləri açılıb. Belə ki, 2016-2017-ci illərdə 5-10 min arasında qısa və orta müddətli yeni iş yeri imkanı yaradılıb. 2018 və 2019-cu illərdə isə bu göstərici 7500 təşkil edib. 

 

Bundan başqa, ölkənin tanıtımı baxımından da qran-pri yarışları mühüm rol oynayıb. 2018-ci ildə ildə keçirilmiş yarışı ümumilikdə 82,3 mln. televiziya tamaşaçısı izləyib. Bu göstərici 2019-cu ildə 10% artaraq 90,2 mln. nəfər təşkil edib. 

 

Xatırladaq ki, bu il qran-pri 5-7 iyun aralığında keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin