"Neftçi" rəsmisi qəfildən vəfat etdi

17:00 16 Yanvar 2020

Tanınmış jurnalist Tofiq Gülməmmədov dünyasını dəyişib.

 

Sportarena.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Elnarə Dərziyeva məlumat yayıb:

 

"Dəyərli jurnalist, həyat eşqli insan - Tofiq Gulməmmədovu itirdik. Ölüm sizə yaraşmırdı, Tofiq müəllim... Çox pis xəbər oldu. Allah rəhmət eləsin”.

 

Qeyd edək ki, Gülməmmədov Tofiq Attıxan oğlu 1960-cı il may ayının 9-u anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. "Neftçi İdman Klubu" İctimai Birliyinin mətbuat xidməti üzrə meneceridir.


Digər xəbərlər

Xəbər xətti