"Qəbələ"nin kapitanı: "Azarkeşlərin və klub rəhbərliyinin bizdən nə gözlədiyini bilirik"

Sportarena.az      17 Yanvar 2018, 10:30

"Qəbələ” 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, "Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 5-ci gününü başa vurub. Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə yekunlaşdırıb. Hər iki hazırlıq prosesi meydançada baş tutub. Məşq toplu və topsuz çalışmalardan ibarət olub.

 

Bu arada "Qəbələ"nin kapitanı Anar Nəzirov da klubun mətbuat xidmətinə açıqlamasında hazırlıq prosesini dəyərləndirib: "Toplanış zamanı hər şey istədiyimiz kimi yüksək səviyyədə keçir. Plana uyğun şəkildə məşqlər edirik. Hər bir futbolçu çalışır ki, məşqçilərin verdiyi tapşırıqları tam yerinə yetirsin. Bizi mövsümün ikinci yarısı, çətin və vacib oyunların gözlədiyini bilirik. Bu səbəbdən də toplanışdan maksimum yararlanmaq, tapşırıqları 100 faiz yerinə yetirmək üçün çalışırıq”.

 

Təcrübəli qapıçı Macarıstanın MTK klubuna qarşı keçirilən ilk yoxlama oyununa da (0:3) toxunub: "Hazırlığın ilk hissəsini Bakıda keçirdik. Orda yükləmələr oldu. Bunun davamını Türkiyədə gerçəkləşdiririk. Artıq Antalyada ilk yoxlama matçını da keçirmişik. Düzdür, bu qarşılaşmada məğlub olduq. Lakin məşqçilərin də dediyi kimi istədiklərimizin bir hissəsini ala bildik. Hər iki hissədə fərqli heyət oynadığı üçün müəyyən səhvlərin olacağı gözlənilən idi. Buna baxmayaraq, var gücümüzlə, əzmlə çalışıb, məşqlərimizi davam etdiririk”.

 

Nəzirov mövsümün ikinci yarısında uğurlu çıxış etməyə kökləndiklərini və buna çalışdıqlarını bildirib: "Komandanın hazırlığına yeni gənc futbolçular da qoşulub. Bu, akademiyamızın yetirmələri üçün inkişaf baxımından çox faydalıdır. Azarkeşlərin və klub rəhbərliyinin bizdən nə gözlədiyini bilirik. Biz də əlimizdən gələnin ən yaxşısını edəcəyik. Mövsümün ilk yarısının sonlarındakı uğurlu çıxışın davamını gətirmək istəyirik”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin