“Neftçi” Bordini istefaya göndərdiyini rəsmən açıqladı

Sportarena.az      19 Yanvar 2018, 11:13

"Neftçi" baş məşqçisi Roberto Bordini istefaya göndərdiyini rəsmən açıqlayıb. 

 

Sportarena.az xəbər verir ki, klubun rəsmi saytında verilən məlumata görə, "Neftçi” PFK-nın prezidentinin təqdimatı əsasında əsas komandanın hazırkı durumu Müşahidə Şurasının üzvləri ilə yenidən müzakirəyə təqdim edilib, irad və təkliflər dinlənilib.

 

Sonda komandanın indiki vəziyyəti nəzərə alınaraq, klubun baş məşqçisi Roberto Bordinlə müqaviləyə qarşılıqlı surətdə xitam verilməsi barədə qərar verilib. Bu qərara əsasən, dünən baş məşqçi Roberto Bordinlə görüş keçirilib və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

 

Əsas komanda müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin