Klub sahibinin keçmiş arvadı yunan milyarderə ərə getdi - FOTOLAR

13:47 19 Yanvar 2020

Yəhudi əsilli rusiyalı milyarder, "Çelsi" klubunun sahibi Roman Abramoviçin keçmiş həyat yoldaşı Darya Jukova ərə gedib.

 

Sportarena.az xəbər verir ki, o, yunan milyarder Stavros Niarxosla ailə həyatı qurub. Cütlüyün toyu İsveçrədəki "Klum” hotelində keçirilib. Mərasim 6,5 milyon dollara başa gəlib.

 

Dəvətlilər arasında Orlando Bloom, Kate Hudson, Karlie Kloss, İngiltərə Kraliçası II Yelizavetanın nəvəsi Şahzadə Beatris və nişanlısı Edoardo Mapelli Mozzi, Monako şəhzadəsi Karolinin qızı Şarlotta Kasiraghi, Devid Bekhem, dizayner Stella Makkartni, amerikalı aktrisa Keyt Hadson  və digər məşhur şəxslər olub.

 

Qeyd edək ki, Roman Abramoviç və Darya Jukova 2017-ci ildə boşanıblar. Bu nikahdan onların iki övladı var. 



Digər xəbərlər

Xəbər xətti