"Qarabağ" La Liqa klubunun hücumçusunu transfer edir

10:44 20 Yanvar 2020

"Qarabağ" İspaniyadan futbolçu transfer edir.

 

Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi La Liqada çıxış edən "Leqanes"ə məxsus Ovusu Kvabenanı heyətinə qatmağa yaxındı. 

 

22 yaşlı forvard 2019/20 mövsümünün ilk yarısında icarə əsasında "Kordoba"da oynayıb (17 oyun, 6 qol). Artıq "Leqanes" Qana millisinin üzvünün "Qarabağ"a keçidinə razılıq verib.

 

Qeyd edək ki, Ovusu Kvabena ötən ildən dəvət aldığı Qana millisində 3 oyun keçirib.


Xəbər xətti