Lukas Podolski yenidən Türkiyə Super Liqasında

12:39 20 Yanvar 2020

Almaniya millisinin sabiq üzvü Lukas Podolski karyerasını yenidən Türkiyədə davam etdirəcək.



Sportarena.az xəbər verir ki, 33 yaşlı hücumçu Superliqa təmsilçisi "Antalyaspor"a keçib. Klubun mətbuat xidməti futbolçu ilə 1,5 illik müqavilə imzalandığını açıqayıb.

 

Qeyd edək ki, Podolski Türkiyədə “Qalatasaray”ın (2015-2017-ci illər aralığında) uğurları üçün çalışıb. “Köln”ün yetirməsi olan futbolçu, “Bavariya“, “Arsenal” (İngiltərə), “İnter” (İtaliya) kimi klubların da formasını geyinib. Podolski Almaniya yığmasında 130 oyun keçirib, 49 qol vurub.


Xəbər xətti