Millimiz Avropada 5-ci oldu

13:14 20 Yanvar 2020

Avropa Voleybol Konfederasiyası kişi və qadın milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. 

 

Sportarena.az xəbər verir ki, kişilərdən ibarət millimiz 3 pillə geriləyib. Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv 90 xalla 32-ci yerdə qərarlaşıb.Kişi komandalarının reytinqində 47 ölkə yer alıb. Siyahıya yenə Serbiya başçılıq edir (244 xal). İkinci pillədə Rusiya (236 xal), üçüncü yerdə Belçika qərarlaşıb (229 xal).

 

Qadın millimiz isə 6 pillə irəliləyib. Vasif Talıbovun başçılıq etdiyi kollektib 5-ci yerə yüksəlib. Millimizin aktivində 225 xal var. 

 

Qadınların reytinq cədvəlinə 44 komanda yer alıb. Siyahıya Serbiya başçılıq edir (250 xal). Onlarla yanaşı, ölkəmizi yalnız Türkiyə, İtaliya və Niderland (hamısı 236) qabaqlayır. 

 

"TOP-10"da Rusiya, Almaniya, Bolqarıstan, Polşa kimi aparıcı yığmalar geriləyiblər.


Xəbər xətti