"Sabah"ın akademiya üzvləri şəhidləri yad etdi

13:27 20 Yanvar 2020

“Sabah” futbol akademiyasında 20 yanvar şəhidlərinin xatirəsi yad edilib.

 

Sportarena.az xəbər verir ki, akademiya rəhbərliyi azyaşlı futbolçulara xalqımızın qəhrəmanlıq səhifələrindən biri olan 20 yanvar faciəsi barədə ətraflı məlumat verib.

 

Daha sonra isə akademiya rəhbərliyi, məşqçi və futbolçu heyəti Şəhidlər Xiyabanını ziyarət edib. Şəhidlərimizin məzarları üzərinə güllər qoyulub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Digər xəbərlər

Xəbər xətti