Kamran Quliyev: "Roberto Bordin bizə heç bir şərt irəli sürməyib"

Sportarena.az      20 Yanvar 2020 , 13:35

"Neftçi"nin prezidenti Kamran Quliyev Roberto Bordinin istefaya göndərilməsindən danışıb.

 

Sportarena.az xəbər verir ki, o, "CBC Sport"a açıqlamasında italiyalı mütəxəssislə dostcasına ayrıldıqlarını bildirib. Klub rəsmisi məşqçinin heç bir şərt irəli sürmədiyini söyləyib:

 

"10 gün bundan əvvəl Müşahidə Şurasının qərarı ictimaiyyətə çatdırılmışdı. Amma sonrakı gedişat bizim üçün bu addımı atmağa səbəb oldu. Vəziyyət ürəkaçan deyildi. Dostcasına ayrıldıq. Bordin tərəfdən heç bir şərt irəli sürülməyib. Təbii ki, biz hər şeyi izah etdik. Ona gələcək işində müvəffəqiyyətlər arzuladıq, təşəkkürümüzü bildirdik. Hesab edirəm ki, Bordinin dövrü "Neftçi"nin tarixinə, kitabına yazılacaq. Eyni zamanda, bizim təklif etdiyimiz bütün şərtlərə razılıq verdi və onunla vidalaşdıq".

 

Quliyev yeni baş məşqçi məsələsinə də toxunub: "Bizim güclü komandamız var. Füzuli müəllim də əlindən gələni edəcək, komandamızı daha yaxşı vəziyyətə gətirəcək. Yalnız bundan sonra baş məşqçi barədə söhbət edə bilərik. Bu gün Füzuli Məmmədov bizim baş məşqçimizdir. Yeni çalışdırıcı axtarışında deyilik və komandanı mövsümün sonuna kimi o çalışdıracaq".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin