"Sabah"ın "Spartak"la oyununun vaxtı müəyyənləşdi

22:59 20 Yanvar 2020

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sabah" sabah hazırlıq çərçivəsində son yoxlama oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi Rusiyanın “Spartak” klubunun əvəzediciləri ilə qarşılaşacaq. Görüş Belekdəki Hüseyn Aygün Futbol Mərkəzində Bakı vaxtı ilə 17:00-da başlayacaq.

 

Qarşılaşma “Sabah”ın “YouTube” kanalı vasitəsilə canlı yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti