“Real”dan 35 milyonluq transfer

23:43 20 Yanvar 2020

Madridin "Real" klubu yeni transferini rəsmən açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, İspaniya təmsilçisi Braziliya "Flamenqo"sundan Reyniri heyətinə qatıb. Madridlilər 18 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayınadək sözləşmə imzalayıb.

 

Qeyd edək ki, Reynir 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə Braziliya yığmasının heyətindən çıxışını başa vurduqdan sonra "kral klubu"nun ikinci komandası "Kastilya"ya qoşulacaq. Bu keçidin "Real"a 35 milyon avroya başa gəldiyi bildirilir.


Digər xəbərlər

Xəbər xətti