“Qarabağ”ın futbolçusu İtaliya klubunun hədəfində - SON DURUM

11:20 21 Yanvar 2020

Belçikalı müdafiəçi Faysal Rerras “Qarabağ”ı tərk etməyə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, belə bir iddia ilə İtaliya mətbuatı çıxış edib.Bildirilir ki, B Seriyası təmsilçisi “Benevento” klubu futbolçunu transfer etmək niyyətindədir. 

 

Hazırda ikinci liqada liderliyini davam etdirən komanda növbəti mövsüm A Seriyasında çıxış edə bilər. Bu səbəbdən onlar heyətə yeni oyunçular qatmaq istəyirlər. İyun ayında “Qarabağ”la müqaviləsi başa çatacaq Faysal Rerras da transfer hədəflərindən biridir. 


Digər xəbərlər

Xəbər xətti