Riçard Almeyda “Qarabağ”a qayıtmır, ərəb klubuna keçəcək

15:50 21 Yanvar 2020

Riçard Almeyda Azərbaycana qayıtmayacaq.

 

Sportarena.az futbolinfo.az-a istinadən xəbər verir ki, yeni müqavilənin şərtlərində “Qarabağ”la anlaşa bilməyən milliləşdirilən braziliyalı özünə yeni klub tapıb. 

 

Milli komandamızın da üzvü olan yarımmüdafiəçi BƏƏ-nin “Baniyas” klubu ilə razılığa gəlib. Tərəflər bütün şərtlərdə ortaq məxrəcə gəliblər və tezliklə transfer açıqlanacaq.


Digər xəbərlər

Xəbər xətti