Şahmat Olimpiadası Azərbaycanda keçiriləcək

Sportarena.az      21 Yanvar 2020 , 16:25

Beynəlxalq Şahmat Federasiyası ölkəmizin mötəbər yarışa ev sahibliyi etmək istəyinə müsbət cavab verib.

 

Sportarena.az xəbər verir ki, 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası bu ilin oktyabrında Naxçıvanda təşkil olunacaq. Yarış oktyabrın 2-də start götürəcək və 10 gün davam edəcək.

 

Ötən il Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığması çempionluq sevinci yaşayıb. Milli komanda 16 xal toplamaqla 37 dövlətin təmsilçilərini, o cümlədən Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub. Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək liderliyi sonadək qoruyub. 

 

Qeyd edək ki, 2015-ci ildə Bakıda şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə isə böyüklər arasında Ümumdünya Şahmat Olimpiadası keçirilib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin