"Həyatımın yeni mərhələsi başlayır" - Riçard Almeyda

13:57 22 Yanvar 2020

"Qarabağ"dan ayrılıb, Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubuna transfer olan Riçard Almeyda keçidi ilə bağlı təəssüratlarını bölüşüb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisində oynayan braziliyalı yarımmüdafiəçi ailəsinə görə BƏƏ klubuna keçdiyini yazıb:

 

"Həyatımın yeni mərhələsi başlayır. İlk növbədə mənə verdiyi fürsətə görə Allaha və hər zaman yanımda olan ailəmə dəstək üçün minnətdaram. Hər şey sizin üçündür. Sizi sevirəm. İrəli!"


Digər xəbərlər

Xəbər xətti