Qanalı futbolçu rəsmən “Qarabağ”da

Sportarena.az      24 Yanvar 2018, 10:00

“Qarabağ” yeni transferini açıqlayıb. 

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi İspaniyanın “Leqanes” klubunun hücumçusu Kvabena Ovusunu transfer edib. Müqavilənin şərtləri açıqlanmayıb.

 

Ovusu yetirməsi olduğu Qananın “Akkra” klubundan “Leqanes”ə 2017-ci ildə keçib. Madrid klubu qanalı hücumçunu 4 dəfə icarəyə verib. 22 yaşlı futbolçu mövsümün ilk yarısını icarə əsasında “Kordoba”da keçirib və 16 oyunda 6 qol vurub.

 

Ovusu Qana yığmasına ötən ildən dəvət alır. O, millidə 3 oyun keçirib və 1 qol vurub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin