"Sumqayıt" İran klubu ilə heç-heçə etdi

Sportarena.az      24 Yanvar 2018, 11:00

Divizionun 2-ci dövrəsi üçün hazırlığını davam etdirən “Sumqayıt”ın əvəzediciləri növbəti yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, komanda “Kapital Bank Arena”nın ehtiyat meydançasında İranın aşağı liqa təmsilçisi “Rekord” komandası ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Sumqayıt-2”-nin qolunu Nurlan Quliyev rəqib qapısından keçirib.

 

Yoxlama oyunundan sonra “Sumqayıt”ın baş məşqçisi Zaur Hidayətov oyun və komandanın təlim-məşq toplanışı barədə fikirlərini bildirib:

 

“Yoxlama görüşü olsa da, oyun qarşılıqlı mübarizə şəraitində keçdi. Komandanın göstərdiyi oyundan razı qaldım. Hər hissədə fərqli heyətlə oynadıq ki, bütün oyunçuların meydanda nəyə qadir olduqlarını görə bilək. Ayın 8-dən təlim-məşq toplanışına başlamışıq. Klub toplanış üçün şərait yaradıb. Artıq ikinci yoxlama oyunumuzu keçirdik. İki günlük istirahətdən sonra yenidən məşqləri bərpa edəcəyik. Ayın 30-da isə “Qarabağ”ın əvəzediciləri ilə oyun planlaşdırırıq”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin