"Neftçi" Ukrayna klubuna uduzdu - YENİLƏNİB

20:04 24 Yanvar 2020

Təlim-məşq toplanışını Antalyada davam etdriən "Neftçi” bu gün sonuncu yoxlama oyunun çıxacaq. 

 

Sportarena.az xəbər verir ki, "ağ-qaralar” Ukraynanın "Desna” klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

 

Qeyd edək ki, təmsilçimiz bundan öncəki hər iki yoxlama oyununda da məğlub olmuşdu. "Ağ-qaralar” ilk matçda Polşanın "LSK Lodz” komandasına 4:0, ikinci görüşündə isə "Dinamo”ya (Kiyev) 2:1 hesabı ilə məğlub olub.

 

 

Yoxlama oyunu

18.00 Neftçi (Azərbaycan) - Desna (Ukrayna)  1-2


Xəbər xətti