“Qarabağ”dan ard-arda 2 məğlubiyyət

Sportarena.az      26 Yanvar 2018, 12:44

"Qarabağ" komandası Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı çərçivəsində bu gün keçirdiyi birinci yoxlama oyunundan məğlub ayrılıb. Komandamız Çexiyanın "Siqma" klubuna uduzub. 

 

Sportarena.az xəbər verir ki, rəqib matçın 23-cü dəqiqəsində hesabı açıb və fasiləyə 1:0 hesablı qələbə ilə yollanıb. İkinci hissəyə sürətli başlayan komandamız matçın 59-cu dəqiqəsində hesabı bərabərləşdirib. Musa Qurbanlının zərbəsi dəqiq alınıb. Bu qoldan 2 dəqiqə sonra Çexiya təmsilçisi yenidən hesabda önə keçib 1:2. Oyunun son dəqiqəsində isə rəqib daha bir dəfə fərqlənib. Qarşılaşma komandamızın 1:3 hesablı məğlubiyyətiylə başa çatıb.

 

Komandamız ikinci yoxlama oyunundan da məğlub ayrılıb. Kollektiv bu dəfə Polşanın "Visla" (Plok) klubu ilə qarşılaşmada uduzub - 2:3. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin