"Qəbələ" son yoxlama matçında heç-heçə etdi

12:57 26 Yanvar 2020

Mövsümün qalan yarısına Türkiyədə hazırlaşan "Qəbələ” Antalyada son sınaq matçına çıxıb.

 

Sportarena.az xəbər verir ki, eyni adlı şəhərin təmsilçisi Rumıniyanın "Konkordiya” klubu ilə üz-üzə gəlib.Görüş "Arkadia” meydançalarında baş tutub. Azərbaycan klubu iki dəfə hesabda önə keçməsinə baxmayaraq, sonda bu görüşdən heç-heçə ilə ayrılıb.

 

Xatırladaq ki, bunadək üç yoxlama oyunu keçirən "Qəbələ” Macarıstanın MTK (0:3), Rusiyanın "Çayka” (3:0) və Bolqarıstanın "Etar” (0:0) klubları ilə üz-üzə gəlmişdi.

 

 

"Qəbələ” – "Konkordiya” (Rumıniya) 2:2

Qollar: Asif Məmmədov, 21. Amin Seydiyev, 52.

"Arkadia” meydançaları.

 

Qəbələ: Tərlan Əhmədli, Asif Məmmədov, Sadiq Quliyev, Amin Seydiyev, Ehtiram Şahverdiyev, Klesio Bauk, Fernan Lopes, Murad Musayev, Rövlan Muradov, Ülvi İsgəndərov, Yusif Nəbiyev.


Digər xəbərlər

Xəbər xətti