Useyn Bolt hamilə xanımının FOTOLARINI PAYLAŞDI

11:22 26 Yanvar 2020

Dünyanın ən sürətli adamı, məşhur sprinter Useyn Bolt İnstaqramda ata olmağa hazırlaşdığını elan edib.

 

Sportarena.az xəbər verir ki, o, "birinci ledi” adlandırdığı 30 yaşlı həyat yoldaşı Kasinin hamilə vəziyyətdə olan şəkillərini paylaşıb.

 

"Mən sadəcə demək istəyirəm ki, kral və kraliça valideyn olmağa hazırlaşırlar” – o "İnstaqram"da belə yazıb.

 

Cütlük 2014-cü ildən bir yerdə olsa da, münasibətlərini 2016-cı ildə ictimailəşdiriblər.



Xəbər xətti