Ramil Quliyev ata oldu - FOTO

22:15 26 Yanvar 2020

Türkiyənin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev ata olub.

 

Sportarena.az xəbər verir ki, Avropa çempionu bununla bağlı şəxsi instaqram hesabında paylaşım edib. "Bu dünyaya xoş gəldin", - deyə R.Quliyev qeyd edib.

 

Qeyd edək ki, Ramil Quliyevin xanımı Yekaterina Zavyalova da atletdir. Rusiyalı idmançı 2012-ci ildə keçirilən London Olimpiadasında 800 metr məsafəyə qaçışda gümüş medal qazanıb. Cütlüyün toyu ötən ilin avqustunda baş tutub.



Digər xəbərlər

Xəbər xətti