“Azərreyl”dən növbəti qələbə

09:01 29 Yanvar 2020

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlər keçirilib.

 

Sportarena.az xəbər verir ki, birinci dövrənin yanvarın 28-də oynanılan növbəti matçında “Azərreyl” və “Sərhədçi” klubları qarşılaşıb. Dərnəgül Voleybol Mərkəzində təşkil olunan oyunda “Azərreyl” komandası 3:0 (25:9, 25:20, 25:17) hesabı ilə qalib gəlib. Bu, “Azərreyl”in cari mövsümdə ikinci qələbəsi olub.

 

Qeyd edək ki, hesabında 6 xal olan “Neftçi” və “Azərreyl” klubları turnir cədvəlində birinci-ikinci pilləni bölüşürlər. Çempionatda üçüncü yerdə “Murov” qərarlaşıb.


Xəbər xətti