Bu klub Azərbaycan çempionatından uzaqlaşdırıldı

Sportarena.az      29 Yanvar 2018, 17:11

“Ağsu” futbol klubu birinci diviziondan uzaqlaşdırılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.Klub rəhbərliyi danışılmış oyunlarda iştiraka görə komandadan uzaqlaşdırılan şəxslərin çoxluq təşkil etdiyini və bu səbəbdən ikinci dövrədə oynamamaq qərarına gəldiklərini Peşəkar Futbol Liqasına yazılı şəkildə bildirib. Vəziyyəti nəzərə alan PFL “Ağsu” futbol klubunu Azərbaycan birinci divizionundan kənarlaşdırmağı qərara alıb.

 

Komanda çempionatın yarısında iştirak etdiyinə görə qarşıdan gələn oyunlarda 0:3 hesablı texniki məğlubiyyət alacaq. Heyətdə yer alan oyunçular isə sərbəst futbolçu statusuna malikdir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin